Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Səhiyyə / Foto / Video

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

Düz bir ay əvvəl Sabunçu rayon Sabunçu qəsəbə sakini Vüsalə Əliyevanın "DogruXeber.az"a müraciət edərək, 19 yaşlı övladının Modern Hospitalda çalışan həkim-proktoloq Elvina Səlimovanın qeydiyyatsız, üstəlik təcili yardım otağında, 9 novakain iynəsi vuraraq sağrı nahiyəsindəki anadangəlmə xalını əməliyyat etdiyi, xalın altında aşkar olunmuş kütlənin müayinə olunması üçün məhz Memorial hospitala göndərdiyi, Memorial hospitalın 19 yaşlı Leylaya yanlışlıqla Xərçəng diaqnozu qoyduğu və bu yanlış diaqnoz səbəbilə ona yanlış müayinə və müalicələr tətbiq olunduğu barəsində portalımızda məlumatlar dərc etmişdik. Eyni zamanda, bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu, Səhiyyə Nazirliyi və Ombudsman aparatına rəsmi sorğular ünvanlamışdıq.

"Dərə xəlvət, tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO

Pul, yoxsa insan həyatı? - Sual sizədir, cənablar ! // VİDEO + FOTO

İki xəstəxananın bir "şərikli xəstə"sinin dramı... - VİDEO

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Bundan əlavə, qeyd etdiyimiz qurumlara Vüsalə Əliyevanın digər müraciəti ilə bağlı da rəsmi müraciət göndərmişdik. Hansı ki, həmin müraciətində Vüsalə xanım "Həsən Əliyev küçəsində yerləşən "Bi-Es" VİP estetik mərkəzində çalışan və özünü həkim-kosmetoloq kimi təqdim edən Günel adlı xanımdan şikayətlənərək, boğaz dərisindəki çapıq izlərini və dodaq nahiyəsindəki bəzi qüsurları aradan qaldırmaq üçün tətbiq etdiyi preparatların onun səhhətində, eləcə də fiziki görünüşündə fəsadlara səbəb olduğunu demişdi.

Çox təəssüflər olsun ki, Səhiyyə Nazirliyi və Ombudsman aparatı göndərdikləri cavab məktubunda sadəcə "hüquqi məsləhət" verməklə, kifayətlənmiş oldular. Yəni, hüquq-mühafizə orqanlarına müraciət etmək lazım olduğunu dedilər.

Lakin, bizə belə cavab verdikdən sonra, Səhiyyə Nazirliyi agentliyimizin rəhbəri Kamal Əsgərova zəng edərək, müraciət edən xanımı - Vüsalə Əliyevanı dəvət etmək istədiklərini dedilər və telefon nömrəsini aldılar.

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

Fazil Hüseynbəyov
Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinə müdir

Vüsalə xanımın redaksiyamıza bildirdiyinə görə, onu Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri Fazil Hüseynbəyov qəbul edib, dinləyib, onun övladını əməliyyatı barəsində, nəinki Elvina Səlimovanın, ümumiyyətlə Onkoloji mərkəzdən başqa heç bir tibb müəssisəsinin belə əməliyyatı icra etmək səlahiyyətinin olmadığını deyib.

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

Elvina Səlimova

Kosmetoloqa gəldikdə isə onu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyevin yanına göndərib.

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

Ramik Quliyev
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini

Ramik Quliyevlə görüşü zamanı xanıma Günel adlı kosmetoloqun bu işdə çalışması üçün Səhiyyədən hər hansı bir icazə sənədinin, lisenziyasının olmadığı və ən qısa zamanda məsələnin həlli istiqamətində addımlar atılacağı deyilib.

Və budur, artıq 3 həftə keçir, lakin Səhiyyə Nazirliyinin yuxarıda qeyd etdiyimiz - bir ailəyə faciə yaşadan heç bir müəssisə və şəxs barəsində hər hansı bir addım atdığını görmürük, eşitmirik.

Yeri gəlmişkən, qeyd edək ki, özünü Kosmetoloq kimi təqdim edən Günel adlı xanımın onun barəsində yazdığımız yazıları bizə istinad edən saytlardan sildirdirmişdi. Eyni zamanda, bizim də silməyimiz üçün həmin saytlardan bəzilərinin rəhbərlərini elçi saldı, işə yaramadığını görüncə, birbaşa özü zəng edib gah təhdid etdi, gah da səhhətinə ziyan vurduğu xanımı əxlaqsız adlandıraraq, barəsində böhtan danışmaqdan belə çəkinmədi.

Bütün bu proseslər müddətində xanımın yeni açdığı ikinci "ram_estetic_yeni" İnstagram səhifəsində heç bir yeni paylaşımları getmirdi.
Lakin, artıq 4 gündür ki, sözügedən "kosmetoloq" reklam paylaşımlarına yenidən start verib. Görünür, xanım qazanc əldə etmək üçün insanlara zərər verməkdə israrlıdır. Amma, maraqlıdır, onun bu sahədə çalışmaq üçün qurum tərəfindən icazəsi olmadığını deyən Səhiyyə Nazirliyi necə oldu da onun tibbi fəaliyyətinə bundan sonra da göz yummağa razı oldu?

Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO

QEYD: Vüsalə xanım Əliyeva ona, məsələlərin tezliklə həll olunacağını vəd edən Səhiyyə Nazirliyinə bir neçə dəfə gedərək, Fazil Hüseynbəyovla təkrar görüşmək və hər hansı bir gedişin olub-olmadığını öyrənmək istəyib. Lakin, artıq ikinci həftədir ki, hər dəfəsində "ezamiyyətdədir, gələn həftənin birinci günü gəlin" deyərək, yola salınıb.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az