Gündəm / Siyasət / Cəmiyyət

Nəcməddin Sadıkov uzun müddət sonra göründü - FOTO

Nəcməddin Sadıkov uzun müddət sonra göründü - FOTO

Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.

"Kanal14.az"ın məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində "Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.

Nəcməddin Sadıkov uzun müddət sonra göründü - FOTO

O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.

Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.