Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Görünməmiş hal: Dünyanın ən isti səhrasında rekord səviyyədə yağış yağdı, turistlər öldü

Görünməmiş hal: Dünyanın ən isti səhrasında rekord səviyyədə yağış yağdı, turistlər öldü

Görünməmiş yağışlar səbəbindən dünyanın ən böyük isti səhrası Saxaranı su basıb. Nəticədə yerli sakinlər və turistlər həlak olub, enerji obyektlərinə ziyan dəyib.

"Kanal14.az" "Bild"ə istinadən xəbər verir ki, leysan yağışlarına görə Şimali Afrikanın səhra ərazilərini su basıb. Nəticədə Mərakeşin cənub-şərqindəki kiçik Merzuqa yaşayış məntəqəsi zərər çəkib. Qeyd olunur ki, bu ərazidə güclü yağışlardan sonra qurumuş landşaftda əsl göllər əmələ gəlib.

"Səhralar ənənəvi olaraq ən az yağıntı alır. Saharada orta hesabla ildə hər kvadrat metrə 45 litr yağıntı düşür. Eyni zamanda, rəsmi məlumatlara görə, bu səhranın bəzi ərazilərində sadəcə sentyabrın əvvəlində hər kvadratmetrə 99 litr yağıntı düşüb", deyə nəşr yazır.

Mərakeş və Əlcəzairdə baş verən daşqınlar Kanada və Perudan olan turistlər də daxil olmaqla, 20-yə yaxın insanın həyatına son qoyub. Dağıdıcı fəlakət enerji infrastrukturuna və su təchizatı sistemlərinə də xeyli ziyan vurub, bir sıra fermerlər məhsullarını itirib.

Mərakeş Baş Meteorologiya İdarəsinin nümayəndəsi Hussin Youabebin sözlərinə görə, qısa müddət ərzində bu qədər böyük miqdarda yağıntı burada 50 il ərzində müşahidə olunmayıb.

Qeyd edilir ki, son vaxtlara qədər Mərakeşdə şiddətli quraqlıq hökm sürüb, buna görə fermerlər əkin sahələrini becərmədən tərk etməli olurdu, şəhər və kəndlərdə sudan istifadəyə məhdudiyyətlər qoyulurdu. Bəzi ekspertlərin fikrincə, indi güclü yağışlar yerli sakinlərin istifadə etdiyi yeraltı su ehtiyatlarını artıracaq.

AP-nin məlumatına görə, sentyabrın iki günündə Mərakeşin bir sıra bölgələrində yağıntının səviyyəsi illik orta göstəricini keçib. Ən çox təsirlənən bölgələrdən biri Tatu olub. Məsələn, paytaxt Rabatdan 450 kilometr cənubda yerləşən Taqunita qəsəbəsində 24 saat ərzində 100 millimetrdən çox yağıntı qeydə alınıb.

Qeyd olunur ki, fırtınalı su axınları Saharanın qumlarından, qədim qalalardan və səhra florasından keçib. Nəticədə 50 ildir qurumuş məşhur Yrəki gölü dolub.

Yuabeb bildirib ki, ekstratropik tufanlar yaxın illərdə və hətta aylarda bölgənin havasını əsaslı şəkildə dəyişə bilər. Bu, havada çox miqdarda nəmin "asılması", buxarlanmanın fırtınalara səbəb olması ilə əlaqədardır.

"Sentyabr ayında bölgənin su anbarları rekord sürətlə dolub, lakin bu yağışların quraqlığı azaltmağa nə qədər kömək edəcəyi bəlli deyil", deyə bildirilib.