Gündəm / Cəmiyyət / Hadisə

Dalğıclar dövlətin malını BELƏ QARƏT EDİR… – İLGİNC FAKT

Dalğıclar dövlətin malını BELƏ QARƏT EDİR… – İLGİNC FAKT

"Azneft” İB Dalğıc idarəsinin 28 may adına NQÇİ 13 saylı platformasındakı işçiləri əlvan metal olan misi aidiyyatı üzrə təhvil vermirlər? Düşünürəm ki,verilən məlumat nəzərə alınacaq, ədalətli araşdırılma və dəqiqləşdirilmə aparılacaq, Məlumatı qısaldılmış şəkildə diqqətinizə çatdırdım”.

"Kanal14.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Tanınmış hüquq müdafiəçisi daha sonra bildirir: "07.06.2024-cü il tarixində rəhbər işçinin (ad yazılıb)tapşırığı ilə iki işçi (adlar yazılıb) platformada demontaj nəticəsində əraziyə tokülmüş kabelləri yığaraq onların içərisindən misləri çıxararaq satış məqsədilə qırağa çıxarmaq istəyib. Bu iki dalğıc (15 kq) (12 kq) misi növbə dəyişikliyi zamanı Pirallahı helikopter meydançasından keçirərkən tutulmuşlar. İşin üstü açılmasın deyə zəruri tədbirlər görülmüş və bu iki dalğıcı şantaj edərək onların işini hüquq mühafizə orqanlarına verəcəklərini və işdən "statya”yla çıxaracaqlarını bildirərək öz ərizələri ilə işdən azad etmişlər. Çarəsiz qalan dalğıclar öz xahişləri ilə işdən azad olunmaq üçün ərizə yazmış və işdən azad olunmuşlar.

11 iyun 2024-cü il tarixində 13 saylı platformada platforma rəisinin və və dalğıc idarəsinin işçilərinin iştirakı ilə (ümumilikdə 7 nəfər) dalğıc idarəsinin işçisinin(ad yazılıb) şkafından 214,5 kq mis aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Əslində orada 214,5 kq deyil 4 ton mis olmuşdur. Vəzifəli şəxsin göstərişinə əsasən mislər dənizə tökülmüş və 214,5 kq saxlanılmışdır. Mislər kq. 15 manat civarında satılmışdır. (4 ton misi 15 manata vuranda 60 min pul edir). Bundan 8-9 ay əvvəl də bunlar tərəfindən 4-5 tona yaxın misin oğurlandığı bildirilir…”