Gündəm / Cəmiyyət / Foto

Təzə rəhbərliyin İLK SÜRPRİZİ: TOTAL TƏMİZLƏMƏ… -“Sözün, insafın, ədalətin və qanunun bitdiyi yer…”

Təzə rəhbərliyin İLK SÜRPRİZİ: TOTAL TƏMİZLƏMƏ… -

Ölkədə işsizliyin artmasına rəvac verən hansı qurumdur? Məqsəd? Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur…”

"Kanal14.az" Dia-az.İnfo-ya istnadən xəbər verir ki, bunu olduqca ilginc bir faktı açıqlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.

Təzə rəhbərliyin İLK SÜRPRİZİ: TOTAL TƏMİZLƏMƏ… -

"Aldığımız məlumatda yazılıb ki…” deyə paylaşım edən M.Qəhrəmanlı belə davam edir:

” "Azəriqaz” İB Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar. Həmin işçilər fəhlə köməkçisi işləyirdilər. 2016 cı ildə işə daxil olan işçiləri çıxarıblar. Heç bir səbəb göstərmədən işçilərlə bağlanmış Əmək Müqaviləsinin müddəti artırılmayıb. İşçilərlə müqavilə 1 aydan bir bağlanırdı. Əmək müqaviləsi hər ay avtomatik yenilənirmiş. Məndə olan məlumata görə 20- yə yaxın işçi, işindən azad olunub. Hal hazırda rəsmi olaraq 14 nəfər çıxarılıb. İşdən azad olunanlar arasında şəhid ailələri də var. Bu say 110 nəfərə kimi artacaq. Siyahi Dost Mərkəzindən göndərilib və bu hər ay davam edəcək…”

Sonda isə NHMT sədrinin baş verənlərə reaksiyası bu olub: "Sözün, insafın, ədalətin və qanunun bitdiyi yer…”