Gündəm / Cəmiyyət

"Niyə, hansı əsasla, Səttar müəllim?" - ETİRAZ


Kanal14.az: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri postunda uzun illərdir ki, heç bir dəyişikliyin baş verməməsinə diqqət çəkib.

"Kanal14.az" DİA.AZ-a istinadən bildirir ki, M.Qəhrəmanlı bu faktı etirazla qarşılayıb.

"Niyə, hansı əsasla, Səttar müəllim?" deyə etiraz edən hüquq-müdafiəçisi daha sonra belə bir sualla xitab edib: "Seçkili orqanda bu nətəri olur axı?"

Qeyd edək ki, Möhbalıyev Səttar Suliddin oğlu 1993-cü ilin 6 fevral tarixindən (30 il) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmiş və bu günə kimi bu vəzifədə çalışır.

2010-cu ildən isə (13 il) həm də Təhsil İşçiləri Azad HİRK-nin sədridir.