Gündəm / Cəmiyyət / Hadisə / Təhsil / Video

"Sən orda mənim barəmdə nə irəli-geri danışırsan?!" - Müəllimlərdən imtahan üçün rüşvət istəyən təlimçinin jurnalistlə "varavskoy söhbəti"


İmtahan saxtakarlığının qurbanı olduqlarını deyən və işsiz qalan 4 mindən çox müəllimin naləsi ərşə qədər uzanır.

"DogruXeber.az" xəbər verir ki, günlərdir agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"də canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə hər gün bir neçə müəllim bağlantı yaradaraq eyni problemlərdən - kompüterdə nasazlıq yayanması və işarələdikləri cavabın dəyişdirilməsindən danışırlar. Eyni zamanda onların hamısı otaqda boş masada açıq komputer olmasını da xüsusi vurğulayırlar.

Cənabın dövlətinin gəlhagəlidir - Müəllimlər "qan ağlayır" // VİDEO



Onu da bildiririk ki, yayıma bağlanan, eləcə də yayımın şərh bölməsində Əfsanə adlı təlimçidən bəhs edən, "pul vermədim deyə, sən məni kəsdin, sənin əlin vardı" deyə ona qarğış edən müəllimlər də az deyil.

Qeyd edək ki, sözügedən təlimçi Əfsanə Abdullayevanın imtahanqabağı müəllimləri toplayıb, rüşvət vermələri üçün onları əvvəlcədən "təlimatlandırdığı"nı əks etdirən səs yazısı da redaksiyamıza daxil olub.

Amma, "güvəndiyi dağların əzəmətinə" özünü tərəddüdsüz inandıran Əfsanə xanım ötən gün "DogruXeber.az" informasiya agentliyinin rəhbəri, eyni zamanda proqramın aparıcısı Kamal Əsgərova zəng edərək, ona hədə-qorxu gəlməyə çalışıb.

Söhbətinə, - "Sən orda mənim barəmdə nə irəli-geri danışırsan?!", deyə giriş verən Əfsanə xanım , - "onsuz da məni prokurorluğa çağırmışdılar daa, heç nə getdim izahat yazdım" deyə, arxayınlıqla bütün bunlardan heç də narahat olmadığını ifadə etməyə çalışıb.



P.S: Müəllimlərin bəzilərinin redaksiyamıza bildirdiyinə görə, məsələ ilə bağlı prokurorluqda artıq araşdırma başladılıb.

Mövzunu davam etdirəcəyik.

Redkasiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az