Gündəm / Cəmiyyət

İgidəlinin işçi canı hesabına İGİDLİYİ


İgidəlinin işçi canı hesabına İGİDLİYİ

"Azneft" İB Baş direktorun sosial məsələlər sahəsi üzrə məsul siması İgidəli İsgəndərovdan bir dəfə işçi gileyini təqdim etmişdik. Görünəni odur ki, İgidəli müəllim yenə də köhnə ampluasındadır. Yəni ənənəvi olaraq işçiləri risq altında qoymağında...

"Kanal14.az" DİA.AZ-a istinadən bildirir ki, bu dəfə də İ.İsgəndərovdan işçilər şikayəçidir və bu barədə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilaının sədri Mirvari Qəhrəmanlı hyəcan əbili çalır.

M.Qəhrəmanlı işçilərdən birinin müraciətini olduğu kimi ictimaailəşdirib. Aydın olur ki, İgidəli müəllim köhnə igidliyində, yəni işləklərindədir. M.Qəhrəmanlı yazır:

"Ölkəmizin əmək qanunvericiliyi,əsasən də İnsan faktoru həm də, gəmiçiliyə ,orda fəaliyyət göstərən insanlara, işəgötürəninə və s.aiddir. İgidəli müəllim İsgəndərov!!!

PSK_dan yazdılar:

Gəmi Çilov adasında dayanmışdı.Hava bu gəminin hərəkəti üçün əlverişli deyildi. Buna baxmayaraq gəmiyə komanda verdi ki,əvvəl Neft Daşlarına,ordan da Günəşli yatağına gedin və orda gözləyin . Etirazlara baxmayaraq məcburi yola saldi. Çətinliklə Neft Daşlarına çatanda anladı ki, hava şəraiti PSK üçün təhlükəlidir.Yenidən komanda verdi ki,yaxşı Neft Daşlarında qalın. Niyə,cənab rəis. Niyə bizi məcburi ,çətin havada dənizə çıxmağa məcbur edirsiniz ,əziyyət verirsiniz? .Təhlükə,insan həyatı , xərc və s. sizi narahat etmir ki? Etiraz edənə də: get kimə istəyirsən şikayət et deyir.

Qeyd: hal hazırda sahildə güclü külək olmasa da dənizdəki külək kiçik çay gəmiləri hesab olunan PSK-n məcburi açıq dənizə göndərilməsi işçi heyəti üçün təhlükə yarada bilər..."

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də Siam.az olaraq dinləməyə hazırıq....