Gündəm / Cəmiyyət / Dünya

Mirvari Qəhrəmanlı SOCAR-dan “haqq” almaq istəyir?

 
Söhbət SOCAR-ı hədəfə almaqla "haqq” almaq, istəklərini yerinə yetirməkdir. Misal üçün, onun yaxın qohumlarından biri "Azneft” İB də yüksək vəzifədə olub. O cümlədən, hazırda SOCAR-ın ayrı-ayrı idarə və müəssisələrində çoxsaylı qohumları müxtəlif vəzifələrdədir. Bu, M.Qəhrəmanlının "fəaliyyəti”nin nəticəsidir, çünki keçmiş rəhbərliyin dövründə bu xanım tənqid kampaniyası və müxtəlif yollarla öz qohumlarını qurumun müxtəlif strukturlarında yerləşdirib.

Hər kəsin bildiyi kimi, bu, hüquq müdafiəçilik etmək yox, reketçilik etməkdir. M.Qəhrəmanlının indiyə qədərki fəaliyyəti də reketçilik prinsipinə söykənib. İstədiyini almaq üçün tənqid və şantaj edir, aldıqldan sonra geri çəkilir. Sonra yeni istəkləri yarananda yenidən eyni metoddan istifadə edir. 

Əldə etdiyimiz məlumata görə, M.Qəhrəmanlının SOCAR-ın yeni rəhbərliyinə qarşı başladığı qarayaxma kampaniyası da bir çox şəxsi istəklərə nail olmağa hesablanıb. Belə ki, əvvəlki iş metoduna qayıdaraq, şirkətin rəhbərliyi tərəfindən öz arzu və istəklərinin qarşılanmasına, əskidə olduğu kimi həm "aylıq" almağa,  həm də müxtəlif şəxsləri ora işə düzəltməyə çalışır. Məlumata görə, bəzi insanları ora işə düzəldəcəyini vəd edib və onlardan pul alıb.

Bununla yanaşı, ortada qrant maraqları da var. M.Qəhrəmanlı xaricdə özünün hüquq müdafiəçisi imicini gücləndirməyə və yeni qrant layihələri qazanmağa çalışır. Çünki SOCAR dünyada tanınmış şirkətdir, müxtəlif ölkələrdə layihələr həyata keçirir, tenderlərdə iştirak edir. M.Qəhrəmanlı bundan maraqlarının təmin edilməsi üçün istifadə edir. Bir tərəfdən, SOCAR-ı xaricdə imicini korlayacağı ilə şantaj edir, digər tərəfdən də hüquq müdafiəçisi imicini möhkəmlədib yeni qrantlar üçün şərait yaradır. İstisna deyil ki, bu qrantları verənlərin də SOCAR-la bağlı öz planları var və Mirvari Qəhrəmanlı kimilərindən istifadə edib şirkəti üzüyola olmağa məcbur etməyi düşünürlər.

Xanım hüquq müdafiəçisi eyni zamanda SOCAR-ın daxilində hələ də qalan, önəmli postlar tutan, lakin şirkətdə aparılan şəffaflaşdırma siyasəti səbəbindən yaxşı gəlirlərdən məhrum olan şəxslərdən pul alır  və onların sifarişlərini yerinə yetirir.

Araşdırmalardan məlum olur ki, M.Qəhrəmanlı şantaj və tənqidləri ilə 3 mənbədən maliyyə və imtiyazlar əldə etməyi planlaşdırır. 

Birincisi, xaricdən qrant alır. Məlumatlara görə, aldığı qrantları Gürcüstanda nağdlaşdıraraq ölkəyə keçirir. Bu prosesdə onun qızı, xaricdə yaşayan Mətanət Əzizova fəal iştirak edir. 2014-cü ildə bu xanımla əlaqədar ciddi qalmaqal da yaşanıb. Ölkədən qaçmağa nail olub.

İkincisi, SOCAR daxilindəki sifarişçilərdən pul alır.

Üçüncüsü, SOCAR-a təzyiqlər edərək, öz istəklərini qəbul etdirmək istəyir.

Faktlar göstərir ki, üç mənbədən divident əldə etməyə çalışan M.Qəhrəmanlı istəklərinin bir qisminə nail olub.

PS: M.Qəhrəmanlının SOCAR-ın əvvəlki rəhbərliyi və qrant maxinasiyaları ilə bağlı əlimizdə tutarlı faktlar var. Yaxın zamanlarda onları açıqlayacağıq.