Gündəm

“Qazprom” SOCAR-ı 1 trilyonluq layihəyə cəlb etmək istəyir

“Qazprom” SOCAR-ı 1 trilyonluq layihəyə cəlb etmək istəyir
 
 
 
 
 
 
 
 

Rusiyanın "Qazprom” şirkəti Yamal muxtar vilayətində 1 trilyon rubl dəyərində nəhəng neft-kimya kompleksi inşa etməyə hazırlaşır.

 Kanal14 Virtualaz.org-a istinadən  xəbər verir ki, şirkəti bu layihəyə Azərbaycanın dövlət neft şirkəti SOCAR-ı da ortaq qismində cəlb etmək niyyətindədir.

"Vedemosti” nəşrinin yazdığına görə planlaşdırılan müəssisə Bovanenkovski yataqlar klasteri bazasında polimerlərin istehsalı ilə məşğul olacaq. Layihəyə əsasən kompleks ildə 3 milyon ton polietilen və polipropilen istehsal etməlidir. Kompleksin tikintisi azı 15 milyard dollara başa gəlməlidir, lakin onun nə zaman başa çatdırılacağı haqda məlumat yoxdur.

Qeyd edilir ki, "Qazprom” layihəyə xarici şirkətləri də cəlb etməyi planlaşdırır. Bu sırada Səudiyyə Ərəbistanının SABİC və Azərbaycanın SOCAR şirkətlərinin adları çəkilir.

Xatırladaq ki, bir neçə ay əvvəl SOCAR Rusiyada Antipinsk neftayırma zavodunu alıb