Gündəm / Cəmiyyət

Növbəti peykimizin orbitə buraxılacağı vaxt AÇIQLANDI

Növbəti peykimizin orbitə buraxılacağı vaxt AÇIQLANDI

Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq.

"Kanal14.az" xəbər verir, bu barədə Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.
"Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük", - S. Əsədov bildirib.

Qeyd edək ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Azərkosmos" və "Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.