Gündəm / Cəmiyyət / Hadisə / Dünya / Sosial

NASA Yupiterin peykini kəşf edib

NASA Yupiterin peykini kəşf edib

NASA-nın Yupiterin altı Troya asteroidini araşdırmaq missiyası çərçivəsində orbitə buraxılan "Lusi” kosmik gəmisi onlardan birində peyk aşkarlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Amerika Kosmik Agentliyinin mətbuat xidməti məlumat yayıb.

"Martın 27-də "Lusi" ilə işləyən bir qrup mütəxəssis tədqiqat hədəflərinin ən kiçiyi olan troyan asteroidi Yupiterin öz peyki olduğunu aşkar edib”, - NASA bildirib.

Astronomların fikrincə, bu ay təqribən 5 km diametrdədir və özü də ən geniş oxu boyunca təxminən 27 km olan Polimeliusun orbitində fırlanır.

Qeyd edilir ki, iki kosmik cisim arasında qeydə alınan məsafə təxminən 200 km olub. Planetlərin adlandırılması konvensiyalarına uyğun olaraq, komanda orbitini təyin edə bilməyincə peyk rəsmi ad almayacaq.