Gündəm / Dünya

Bayden Netanyahudan atəşkəs tələb etdi

Bayden Netanyahudan atəşkəs tələb etdi

ABŞ Prezidenti Cozef Baydenlə İsrailin baş naziri Binyamin Netanyahunun telefon danışığı olub.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Bayden Netanyahudan Qəzza zolağında atəşi dərhal dayandırmağı tələb edib.

Amerika prezidenti açıq şəkildə bildirib ki, ABŞ-nin münaqişə ilə bağlı gələcək siyasəti "İsrailin humanitar yardım və mülki şəxslərin müdafiəsi ilə bağlı dərhal hərəkətindən asılı olacaq”.