Gündəm / Siyasət / Dünya

Bayden Qəzza zolağında altı həftəlik atəşkəs təklif etdi

Bayden Qəzza zolağında altı həftəlik atəşkəs təklif etdi

ABŞ prezidenti Co Bayden yaraqlılar tərəfindən əsir götürülən girovların azad edilməsi üçün İsrail və HƏMAS arasında 6 həftəlik atəşkəsin tərəfdarı olduğunu bildirib.

"Kanal14.az" xəbər verir ki, Baydenin bəyanatını "Bloomberg” agentliyi yayıb.

İordaniya kralı II Abdulla ilə Ağ Evdə görüşəndən sonra ABŞ prezidenti bildirib ki, belə bir fasilə "Qəzzada ən azı altı həftə ərzində dərhal və uzun müddətli sakitlik gətirərdi, bundan sonra biz vaxtdan daha davamlı bir şey qurmaq üçün istifadə edə bilərik".
"Sazişlərin əsas elementləri artıq masadadır" deyən Bayden əlavə edib ki, Birləşmiş Ştatlar "onların nəticə verməsinə əmin olmaq üçün əlindən gələni edəcək".
Bayden və Abdulla İsrailin Rəfah şəhərinə mümkün quru hücumu ilə bağlı artan narahatlıqlar fonunda görüşüblər. Bayden kralla Rəfahdakı vəziyyəti və Qəzzaya daha çox yardımın necə çatdırılacağını müzakirə etdiyini bildirib.

Bazar günü Bayden İsrailin baş naziri Benyamin Netanyahuya telefon danışığında bildirib ki, onun fikrincə, oraya sığınan fələstinliləri qorumaq və dəstəkləmək üçün "Rəfahda hərbi əməliyyat etibarlı və həyata keçirilə bilən plan olmadan davam etməməlidir”.