ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib.

"Kanal14.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Brüsseldə keçirdiyi mətbuat konfransında Bayden bəzi ölkələrin bu təkliflə razılaşmadığını etiraf edib.

"Bu gün bu məsələ müzakirə olundu. Biz Ukraynanın G20 sammitində iştirakını istəyirik. Əgər İndoneziya razılıq verməsə bu, mümkün olmayacaq",- deyə Bayden əlavə edib.