Gündəm / Hadisə / Dünya

Ekvadorda dəstələr arasında qarşıdırma - Ölənlər var

Ekvadorda dəstələr arasında qarşıdırma - Ölənlər var

Zorakılığın artdığı Cənubi Amerika ölkəsi Ekvadorda qarşıdurmalar nəticəsində onlarla insan həlak olub.

"Kanal14.az" xəbər verir ki, ölkənin Manta, Manabi və Quasmo şəhərlərində təhlükəsizlik qüvvələri ilə quldur dəstələri arasında qarşıdurma baş verib. Hadisə nəticəsində biri əsgər olmaqla 17 nəfər həyatını itirib.

Səlahiyyətlilərdən verilən açıqlamada, qarşıdurmaların həftə sonu 5 nəfərlik turist qrupun zorla saxlanılmasından sonra başladığı bildirilib.

Eyni zamanda, toqquşmalarda turistlərin xilas edildiyi, çoxlu sayda dəstə üzvünün isə öldürüldüyü qeyd olunub.