Ekvadoru vətəndaş müharibəsinə sürükləyən dəstə müharibələri davam edərkən, həbsxanalardakı iğtişaşlar zamanı girov götürülən mühafizəçilər günlərlə davam edən əməliyyatlardan sonra xilas edilib.

"Kanal14.az” xəbər verir ki, dəstə üzvləri tərəfindən qaçırılan polislərin sosial şəbəkədə prezident Daniel Noboadan kömək istədikləri görülüb. Bundan sonra hökumət və ordu ölkə daxilində dəstələrə qarşı əməliyyat başladıb, 7 həbsxanada girov saxlanılan onlarla mühafizəçi xilas edilib. Prezident Daniel Noboa "X" şəbəkəsindəki hesabında hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib.

Qeyd olunub ki, vəziyyəti nəzarətdə saxlamağa çalışan hökumətin bandalarla mübarizədə sərt tədbirlər görməsi səbəbindən qarşıdurmaların davam edəcəyi gözlənilir. Ötən həftədən bəri polis 1000-dən çox adamı saxlayıb. 
Mühafizəçilərin xilas edilməsi 36 yaşlı prezident Noboanın mühüm qələbəsi kimi qiymətləndirilib.