Gündəm / Siyasət

“Nikoldan xilas olmaq üçün dua edirik” - Erməni arxiyepiskop


Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, artıq namizədlərin seçki kampaniyaları ilə bağlı siyasi proseslərə din xadimləri də qatılıb.

Belə ki, ölkənin tanınmış din xadimlərindən olan arxiyepiskop Arşak Xaçatryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əleyhinə açıqlamalar verib. Yerli media bunu onun əsas rəqibi sayılan Robert Koçaryanın nüfuzunun artırılmasına hesablanmış addım kimi qiymətləndirib:

"Biz həmişə Nikol Paşinyanın ruhi sağlamlığı üçün dua etməliyik. Onun partiyası 20 iyunda seçilməməlidir. Daim dualar etməliyik ki, o, hakimiyyətdən ayrılsın".