Gündəm / Cəmiyyət

Ülviyyə Mehralıyevaya vəzifə verildi

Ülviyyə Mehralıyevaya vəzifə verildi

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyyə Mehralıyevaya Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) vəzifə verilib.

"Kanal14.az" xəbər verir ki, o, Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Ü.Mehralıyeva 1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.