Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib.
O, 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb, müharibə veteranıdır.
Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.