Gündəm / Cəmiyyət

”Torpaqlarımızı zəbt etmək, xalqımızı öz qanında boğmaq “- bu idi qarşıya qoyulan məqsəd !

”Torpaqlarımızı zəbt etmək, xalqımızı öz qanında boğmaq

31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

Kanal14.az: - Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı da əldə edilmişdir. Tarixi saxtalaşdıraraq öz mənafelərinə uyğun qondarma tarix yaratmaqla öz çirkin məqsədlərini həyata keçirən güclər bilməli idilər ki, əsl həqiqəti gizlətmək olmaz. Həqiqət günəş kimidir və bir gün yenə də bu dünyaya doğacaq.

1813-1828 - ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının , tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Xalqımızın milli faciənin davamı kimi soyqırım siyasəti yürüdüldü. " Böyük Ermənistan” ideyası ortaya atıldı və bu ideyannın toxumunu cücərtmək üçün türk qanına ehtiyac olduğu təbliğ olunmağa başlandı .”Torpaqlarımızı zəbt etmək , xalqımızı öz qanında boğmaq "-bu idi qarşıya qoyulan məqsəd.

”Torpaqlarımızı zəbt etmək, xalqımızı öz qanında boğmaq

Birinci dünya müharibəsində Rusiyada baş verən çevrilişlərdən yenə də öz mənafeyi üçün istifadə edən daşnaklar Stepan Şaumyanın başçılığı ilə bolşevik bayrağı altında mart ayının 31 - dən aprelin 3-nə qədər Bakıda , Naxçıvanda , Qubada , Şamaxıda , Lənkəranda və s yerlərdə böyük qətliyamlar həyata keçirərək 25 mindən artıq azərbaycanlını amansızlıqla qətlə yetirildi.Bu yer üzünün ən böyük qətliyamı idi.

Üstü basdırılmağa çalışılan bu vəhşət yalnız azadlğımızı və müstəqilliyimizi qazandıqdan sonra gün üzünə çıxdı.

Tarix boyu gördük ki, gizlənilən həqiqət ,dünyanın kor olduğu ədalət yeri gəldikdə öz gücümüzlə bərpa olunur. Bu isə bizim bir millət kimi əzmimizin , iradənizin və vətənpərliyimizin təzahürüdür.

Allah şəhidlərimizə rəhmət eləsin !

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri - Şəhid anası
Xatirə ismayılova.