Gündəm / Siyasət / Cəmiyyət

Demokratik Birlik Partiyasının TƏBRİKİ

Demokratik Birlik Partiyasının TƏBRİKİ

"Hörmətli cənab Prezident,
Sizi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpasının təcəssümü olan milli bayram -8 noyabr Zəfər Günü münasibətilə sevinc və qürur hissi ilə təbrik edirik. Bu əlamətdar tarix Vətənimizin şanlı salnaməsinə dövlətçiliyimizin və ölkəmizin suverenliyinin möhkəmlənməsi naminə birlik, əzmkarlıq, dönməz iradə rəmzi kimi həmişəlik yazılıb. Qürur yaşadan Azərbaycanımızın şanlı Qələbəsi eyni zamanda tarixi ədalətin bərqərar olmasıdır.

Ali Baş Komandan olaraq Sizin, Müzəffər şanlı ordumuzun tükənməz əzmi və xalqımızın birliyi nəticəsində doğma Qarabağımızda da bayrağımız dalğalanır. Qarabağda, Xankəndində şəxsən ucaltdığınız şanlı Azərbaycan Bayrağının indi Vətənimizin bütün səmalarında dalğalanması xalqımız üçün böyük sevinc və fərəh mənbəyidir.

Qələbəmiz, güclü lider və xalqımızın birliyi əsasında qazanılmışdır. Azərbaycanımızın bu qələbəsi son iki yüz ildə tarixi hadisədir. Siz tarixi Qələbə ilə xalqımızın özünə inamını qaytardınız, ona yenidən ruh verdiniz. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib.

Vətənimiz uğrunda şəhid olan xalqımızın övladlarına Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Demokratik Birlik Partiyasının (DBP) rəhbərliyi, bir daha Sizi və xalqımızı möhtəşəm Zəfər Günü münasibətilə təbrik edir, hər zaman ölkəmizin ərazi bütövlüyünü, suverenliyini dəstəkləməklə dövlətimizin yanında olduğumuzu bildirir.

Zəfərimiz mübarək, milli birliyimiz əbədi olsun!

Demokratik Birlik Partiyasının sədri: Mirfazil Həmid.