Gündəm / Siyasət / Cəmiyyət

Demokratik Birlik Partiyasının BƏYANATI

Demokratik Birlik Partiyasının BƏYANATI

Demokratik Birlik Partiyası (DBP) Siyası Şurasının partiya fəalları ilə birgə geniş iclası krçirilmişdir. Ölkədəki ictimai – siyası vəziyyət, anti- terror əməliyyatı və onun nəticələri geniş müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Qarabağ münaqişəsi yalnız bir siyasi məsələ deyil, o həm də ən əsası milli məsələdir. Biz bir siyasi təşkilat olaraq dəfələrlə bu barədə partiyamızın mövqeyini bildirmiş və müxtəlif zaman kəsiyində bəyanatlar vermişik. Qeyd etmişik ki, ümummili məsələlərdə, o cümlədən Qarabağ məsələsində dövlətimizin yanında olmuş və ölkə bsşçısının bu istiqamətdə apardığı siyasi kursu dəstəkləmişik. Zaman ötdükcə yeni-yeni reallıqlar yaranır. Bu realıqları görməmək, qiymətləndirməmək yalnız bir siyasi naşılıq deyil, eyni zamanda qərəzli münasibətin və yanaşmanın aydın təzahürü olardı. İclasda çıxış edən Siyasi Şura üzvüləri və partiya fəalları böyük məmnunluqla vurğulamış və qeyd etmişlər ki, uzun illər işğal altında qalmış torpaqlarımızın, şəhər və kəndlərimizin azad olunması üçün verilən siyasi qərar və qazanılan möhtəşəm qələbələr və nəhayət, Xankəndində Azərbaycan Bayrağının dalğalanması xalqını, vətənini, millətini, torpağını sevən və onun azadlığı, xoşbəxtliyi və səadəti uğrunda mübarizə aparan bir siyasi təşkilat kimi bizi sevindirməyə bilməzdi. İclasda xalqımızın mənliyini, şərəfini, ləyaqətini, inamını özünə qaytaran və son iki yüz illik tarixində misli görünməmiş qələbəyə imza atan dövlət başçısı, Prezident İlham Əliyevə bu möhtəşəm və tarixi qələbə münasibətilə təbrik məktubu qəbul edilmiş və insanlarımızın xoşbəxtliyi, azad, firavan həyatı, milli dövlətçiliyimizin inkişafı naminə daha möhtəşəm uğurlar arzulanmışdır.
Demokratik Birlik Partiyasının (DBP) sədri: Mirfazil Həmid