Gündəm / Dünya

NATO-nun ən böyük hərbi təlimləri başladı

NATO-nun ən böyük hərbi təlimləri başladı

Norveç, İsveç və Finlandiya silahlı qüvvələrinin iştirak edəcəyi Skandinaviya regionunda NATO-nun "Nordic Response 2024" hərbi təlimi başlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb. 

Martın 14-dək hərbi təlimlərin Norveçin şimalında, eləcə də İsveç və Finlandiyada keçiriləcəyi gözlənilir. Onlarda 20 minə yaxın hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarə iştirak etməlidir. "Nordic Response", Rusiyaya qarşı yönəlmiş daha böyük "Steadfast Defender 2024” hərbi təliminin bir hissəsidir.