Gündəm / Cəmiyyət / Dünya

Bu şəxslər də xarici agent elan EDİLDİLƏR

Bu şəxslər də xarici agent elan EDİLDİLƏR

Yazıçı Lyudmila Ulitskaya və rejissor İlya Xrjanovski xarici agentlərin reyestrinə daxil edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

"L. E. Ulitskaya xarici agentlərin və xarici KİV-lərin təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib. Onlar yürütdükləri siyasətlə Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıblar”, - deyə departamentin saytında yerləşdirilən bəyanatda deyilir.

Ulitskaya və Xrjanovski Rusiya Federasiyasından kənarda yaşayırlar.

Bundan başqa, qeydiyyatdan keçməmiş "Memorial İnsan Hüquqlarının Müdafiə Mərkəzi” ictimai birliyi, "Yardım lazımdır” xeyriyyə fondu, həmçinin Perm şəhər Dumasının keçmiş deputatı Sergey Medvedyev də reyestrə daxil edilib.