Suriyada Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata dəstək məqsədilə aksiya keçirilir. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar Ukraynada gedən müharibədə iştirak etmək üçün Rusiya ordularına qoşulamağa hazır olduqlarını bildiriblər.

Onlar şəhər meydanında Rusiya və Suriyanın dövlət bayraqlarını qaldıraraq, "İrəli Rusiya!”, " Rusiya Suriya üçün əzizdir!” şüarlarını səsləndiriblər. 

Bildirilir ki,  Suriyada döyüş veteranları çağırış məntəqələrinə gəlir və xüsusi əməliyyatda iştirak etmək üçün könüllülərin cəlb edilib-edilmədiyini soruşurlar. Arzu edənlər arasında Suriya ərəb ordusunun veteranları, xristian milis döyüşçüləri və keçmiş müxalifət döyüşçüləri var.