Ukraynada fransız muzdluları yoxdur. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Fransanın bəzi insanlardan fərqli olaraq nə Ukraynada, nə də başqa yerdə muzdlu əsgərləri yoxdur”, - məlumatda deyilir. 

Bildirilir ki, fransızların Ukrayna ordusunun sıralarında olması ilə bağlı bəyanatlar "daha ​​bir yöndəmsiz rus manipulyasiyasıdır”.

Qeyd edək ki, ötən gün Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin, o cümlədən fransızların da olduğu yerin dağıdılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.