Gündəm / Cəmiyyət / Foto / Video

Vəzifə səlahiyyətlərindən kimlər necə istifadə edir... - VİDEO // FOTO

Vəzifə səlahiyyətlərindən kimlər necə istifadə edir... - VİDEO // FOTO

Vətənə xidmət !

Çoxları bu sözün mənasını yalnız hərbi xidmət kimi başa düşür. Hətta, minlərlə insanların tabe olduğu dövlət qurumlarına rəhbər təyin olunan çox məmurlar Vətən üçün önəmli biri olduqlarını harbi xidmətdə olmaları, hətta bəziləri müharibədə iştirak etmələri ilə izah edirlər və özlərini bu yolla "Vətənpərvər oğul" kimi xalqa sırımağa çalışırlar. Amma, vətən üçün canını qurban verən oğulların ailələrinə, müharibə əlillərinə biganə yanaşır, onları qəbul edib, dərdini dinləməmək üçün sözün əsl mənasında "gizlənpaç oynayırlar". Qapıda onu gözləyən bu cür önəmli insanlara, gah "iclasdadır", gah "ərazidədir", "burda yoxdur" və sair kimi cavablar verib yola salırlar. Sonra da dövlət tədbirlərində o, qapıda gözlədib, kor-peşiman geri qaytardıqları həmin insanların qarşısında ölkə başçısına dua edib, vətənə, dövlətə xidmətdən danışır, özləri ilə apardıqları heyət də onları alqışlayır və bunu da lentə alıb rəsmi səhifələrində, həmçinin "cibinə qulluq etdikləri" bəzi saytlarda paylaşırlar, vəssalam.
Şəhid ailələri, qazilər, müharibə veteranları və digər yerli sakinlərin problemləri isə həll olunmamış qalır.

Məhz o, rəhbərlərin laqeydliyi, saymazlığı əhalidə narazılıq yaradır. Narazı xalq isə "balıq başdan iylənir", "ölkənin yiyəsi yoxdur" və sair kimi ifadələrlə birbaşa ölkə başçısını qınaq hədəfi seçirlər. Halbuki, ölkə başçısı dəfələrlə çıxışlarında da, icra başçılarını təyin edəndə də tapşırır ki, "Əhalini incitməyin. Xalqa xidmət edin".

Bu isə o, deməkdir ki, ölkə başçısının vəzifəyə təyin etdiyi bütün məmurların bütün əməlləri ilk növbədə ölkə başçısının adına yazılır. Onların hər əməli prezidentin xalq arasındakı nüfuzuna birbaşa təsir edir.

Buna misal olaraq, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovu və illərdir ki, təsərrüfatla məşğul olub, ailəsinə bir tikə çörək qazanmaq üçün bircə hektar belə torpaq sahəsinin olmadığından gileylənən şəhid ailələrini, müharibə veteranlarını, eləcə də Cəbrayıl rayonunun İcra Hakimiyyətinin başçısı Kamal Həsənovu və onun 31 ildir qapısını açmadığı, 7 nəfərlik ailə üzvlərilə köhnə yataqxananın bircə otağına qısılıb qalan şəhid ailəsini, o şəhid ki, Kərimov Elçin Ataş oğlu - məzar daşı sınmış, çatlamış vəziyyətdə eləcə də qalıb. Amma, adı çəkilən hər iki icra başçısının "xüsusi yetişdirilmiş fanat ordusu" "sitayiş etdikləri" bu rəhbər şəxslərin müharibə veteranı olmasını az qala "alınlarına yazıb ortalıqda dolaşırlar".

Bundan əlavə, müraciət üçün qəbuluna gedən şəhid xanımına, "get yuxarı şikayət elə, onsuz da sən şikayət edirsən də" deyib onunla ələ salırcasına zarafat edən, rayondakı iş adamlarının, Qızıl aypara cəmiyyətinin müharibə əlili Nahid Şıxəliyevə etdikləri yardımları öz adlarına çıxıb, Nahid Şıxəliyevi "onların əməyini itirməkdə" qınayan, az qala "burnundan gəlsin" deyəcək qədər "acığa düşən" - necə deyərlər, "hamam suyu ilə dost tutmağ"a çalışan iİmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevi, eləcə də rəhbərlik etdiyi rayonlarda vətəndaşları incitdiyi , özünə müxtəlif bizneslər qurduğu deyilən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu, yolları keçilməz olduğu üçün məzarı ziyafətçisiz qalan şəhidin anası Lənkəran rayon Alazəpin kənd sakini Nəzakət Hadıyevaya iki ildir yolu düzəldəcəyinə söz verib, birdəfəlik o kənddən çıxan Taleh Qaraşovu və digər bu kimi rayon rəhbərlərinin adlarını çəkmək olar ki, onlar da ölkə başçısının siyasətinə xələl gətirən məmurlardandır.

Hələ, sıravi sakinləri demirik, vətən üçün can verən oğulların özləri və ailələri həlli mümkün (rəhbər üçün yüngül, onlar üçün ağır) problemlər içində çabalayırlar.

"Müharibə veteranı" demişkən, xatırlayırsınızsa bir müddət əvvəl Abşeron rayon Qobu qəsəbə sakini Rövşən Hüseynov adlı müharibə veteranı da səlahiyyət sahibləri tərəfindən unudulduğundan, maddi problemlər içində boğulduğundan gileylənirdim.
O, "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, çətinliklərini bölüşüb, kanalımız vasitəsilə səlahiyyət sahiblərinə dərdini eşitdirmək istəmişdi.

Bildiyiniz kimi "DogruXeber.az" informasiya agentliyi hər zaman haqqı deməklə, yalnız doğruları ictimailəşdirməklə adının möhürünü vurub. Hər zaman müharibə veteranlarının, şəhid ailələri və qazilərin yanında olan agentlimiz onun bu istəyini təmin etdi.

Qeyd edək ki, məsələ bircə dəfə kanalımızda ictimailəşdirildikdən dərhal sonra Abşeron rayon İcra Hakimiyyətinin diqqətinə götürüldü. Rövşən Hüseynovun özünün bildirdiyinə görə ona icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib, adı ərzaq yardımı ilə təmin olunanlar siyahısına daxil edilib, həyətyanı torpaq sahəsi verilib, müəyyən sənədləşmə işlərində köməklik göstərilib və bir neçə neçə iş təklifi olunub. O, bildirir ki, əmək haqqı qane etmədiyi üçün iş təklif olunan işləri qəbul etməyib. Amma, icra hakimiyyətində ona uyğun iş tapmaq üçün müəyyən tədbirlər görməkdədir.

Görünür, Abşeron rayonunda yaşayan şəhid ailələrinin rayon rəhbərliyindən və dövlət diqqətindən razılıqları sevindirici həqiqətdir.

"DogruXeber.az" əyrini əyri, düzü düz dərc etməklə, tənqid etdiyi kimi, təqdir etməyi də bacarır. Buna görə də eşitdiklərimizlə kifayətlənməyib, özümüz araşdırma apardıq və rayonun həssas (şəhid ailələri, müharibə əlilləri) sakinləri ilə həmsöhbət olub, hər hansı narazılıqlarının olub-olmadığını soruşduq. Dərdləri ilə bir araya gəlib, möhkəm birlik quran, "qan bağı"ndan belə daha möhkəm, daha mehriban bir-birinə sarılan vətən sevgisinin şərəfli qurbanları və vətənə əmanət ailələri hamısı bir ağızdan ölkə başçısına dua edib, dövlət dəstəyindən razılıqlarını bildirdilər.

Qaldı ki, son iki ildə Abşeron rayonu ərazisində aparılan təmizlik, abadlıq işlərindən, Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan böyük abidə kompleksindən, şəhidlər xiyabanında övladından ayrılıb gedə bilməyən, günlərlə onların məzarı başında uyuyan analar üçün xiyabanda yaradılan şəraitdən, çala-çuxur, palçıqlı küçələrin asfaltlanmasından, qaranlığa bürünmüş ərazilərdə işıq xətlərinin və küçə işıqlarının çəkilməsindən, küçələrdə az qala ayaq tutub yeriyən məişət tullantılarının təmizlənməsindən və sair saymaqla bitməyən müsbət işlərdən də onların nə qədər haqlı olduqlarını görmək mümkündür.

Vəzifə səlahiyyətlərindən kimlər necə istifadə edir... - VİDEO // FOTO

Vəzifə səlahiyyətlərindən kimlər necə istifadə edir... - VİDEO // FOTO


Qeyd: "DogruXeber.az" bildirir ki, şəhid ailələrinin də yaşadığı bir neçə yeni salınmış küçələrdə artıq işıq xətləri çəkilib, küçələr işıqlandırılıb, nəinki Xırdalan, ümumiyyətlə Abşeron rayon bütün yaşayış ərazilərində yeni alınmış zibil qabları qoyulub və zibil qablarının vaxtlı-vaxtında boşaldılıb daşınması üçün rayona çoxlu sayda avtomobillər gətizdirilib.

Bundan əlavə icra başçısı Abidin Fərzəliyevin şəhid məclislərində şəxsən iştirak etməsi, şəhid ailələrilə ana, bacı, qardaş kimi birləşməsi, onlara çox böyük təsəlli olmaqla bərabər, onların dövlətin diqqətində olmalarını göstərir.

Elə hansı rayonun sakini olmasından asılı olmayaraq, Abşeron rayonu ərazisində yaşayan bütün şəhid ailələrinin sözlərinə görə, icra başçısı onlara etdiyi bütün köməkliklərdə, göstərdiyi diqqətdə hər zaman ölkə başçısının adını önə çəkərək, - "Mən dövlətəm, bütün bunlar sizə təkcə mənim deyil, dövlətin göstərdiyi qayğıdır, diqqətdir. Məni bu vəzifəyə ölkə başçısı təyin edib, mən də onun tapşırıqlarını icra edirəm. Mən prezidenti təmsil edirəm", deyir.

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, dövlət qurumlarında çalışan hər bir memurun xidməti birbaşa ölkə başçısının nüfuzuna təsir edir. Vətəndaşları incidən məmurlar xələl gətirir, vətəndaşların problemlərinə diqqətlə yanaşan, aradan qaldırılması üçün tapşırıqlar verən, lazımı addımlar atan məmurlar isə beləcə ölkə başçısının etimadını doğruldur, onu xalqa daha da sevdirir.

Bəli, bugünün reallığı məhz budur, kimisi sadəcə boğazdan yuxarı pafoslu cümlələri ilə özünü "xidmət" edirmiş kimi göstərir, kimisi əməlləri ilə VƏTƏNƏ XİDMƏT EDİR.

Vətənə xidmət vətən üçün, vətən övladları üçün qanunlara riayət edərək çalışmaq, vətəndaşların haqqı olanı onlara verməkdir.

Əgər bu gün insanlar öz haqqlarını çarpışa-çarpışa alırsa bunun adı "vətənə xidmət" deyil, dövlət adına töhmətdir, hörmətli dövlət məmurları !!!

DogruXeber.az