Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Sosial / Foto / Video

Məmur övladının oteldə qızla biyabırçı görüntüləri... - VİDEO

Məmur övladının oteldə qızla biyabırçı görüntüləri... - VİDEO

Kanal14.az: - Son günlər media gündəmində tez-tez məmurların özləri ilə bərabər övladlarının da hətta özlərindən betər harınladığını sübut edən görüntülü faktlar yayımlanır. Özü də çox zaman həmin məmur balaları bunu açıq-aşkar şəkildə sosial şəbəkələrdə özləri paylaşırlar.

Kimisi "maşın kolleksiyası"nı nümayiş etdirir, kimisi istirahət etdiyi ölkələrdən fotolar paylaşır, kimisi spirtli içki, qəlyan keyfini və digər formada əyləncələrini sosial şəbəkələrdə şəxsi hesablarında paylaşım edirlər. Görüntülər mətbuata çıxan kimi, dərhal həmin paylaşımı silirlər, sonra da ataları düşür bir-bir o haqda yazan saytları axtarmağa.

Axı nə vacib olub? Onsuzda hər kəs bilir də sizin necə yaşadığınızı. Xalqın öz pulu ilə əyləncəli həyat yaşayıb, sonra da onu çəkib, göstərib bu xalqa niyə "qıcıq" verirsiniz?!

Maraqlıdır, İndi sosial şəbəkələrdə öz maddi imkanları ilə aktiv paylaşım edib, yaşadıqları bahalı həyat tərzini nümayiş etdirən "oğullar" 2020-ci ilin sentyabr ayından, noyabr ayının 8-nə qədər harda idilər? Nədənsə o ərəfələrdə bu xalq onların mövcudluğundan xəbərsiz idi.

Halbuki, yuxarıda qeyd etdiyimiz müddətdə düşmənlə üz-üzə döyüş meydanlarında aktiv olan, canını-qanını verən igid oğulların əksəriyyəti bu gün onlara qarşı saymamazlıq edən məmurlar haqqında media vasitəsilə gileylənirlər. Ömrünü bu torpağa bağışlayan şəhidlərimizin bizlərə əmanət ailələri hər gün məmur qapılarında ayaq üstdə, ac-susuz saatlarla növbə gözləyirlər içəri keçib bir kəlmə dərdini deyib, kömək diləmək üçün.

Bütün bu utancverici olaylar yaşanan ölkədə bu gün otel otaqlarında qadınlarla əylənib, hələ bu da azmış kimi onu da sosial şəbəkələrdə yayımlamaq Bu torpağı VƏTƏN edən oğullara qarşı çox böyük hörmətsizlikdir.

Bəli. "Torpaq - uğrunda ölən varsa Vətəndir!"

Bu torpağı VƏTƏN edən oğulların gözüyaşlı əmanətlərinə xəyanətdir bu cür davranışlar.

Yeri gəlmişkən bu gün də sosial medialarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin oğlu Müşfiq İsayevin otel otağında qadınla birlikdə görüntüləri yayımlanıb.



Təbii ki, bu gün yayımlanan bu görüntülər bizə onu deməyə əsas verir ki, Müşviq İsayev kimi məmur övladları indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında, Prezident Aparatı önündə, sosial medialarda haqsızlığa uğradıqlarını, məmurlar tərəfindən sayılmadıqlarını hayqıran oğulların nələr yaşadıqlarından ümumiyyətlə məlumatsızdırlar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az