Gündəm / Dünya

"İsrail Qəzza əhalisini Aya evakuasiya etmək istəyir?" - Borrell


İsraili dəstəkləyən ölkələrin səlahiyyətliləri ondan Qəzza zolağında fələstinliləri öldürməyi dayandırmasını tələb etməlidir. 

"Kanal14.az" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrell deyib. 

Onun sözlərinə görə, ölkələr İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün addımlar atmağa başlamalıdır: "Hamı Tel-Əvivə gedir və yalvarır ki, bu qədər insanı öldürməyin. Nə qədər çox öldürülür, meyarlar nədir? İsrailin baş naziri Benyamin Netanyahu heç kimi dinləmir. Onlar Qəzza əhalisini evakuasiya etmək istəyirlər. Hara, Aya?"

O, danışıqları dayandırıb əməli işlər görülməsinə çağırıb: "Neçə dəfə nazirlərdən eşitmisiniz ki, çox adam öldürülüb, əgər belə hesab edirsinizsə, çox adamın öldürüldüyünü düşünürsünüzsə, bəlkə də daha az silah verilməlidir ki, daha çox qurban olmasın".