Gündəm / Cəmiyyət / Dünya

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

İsrailin Qəzza zolağı ilə müharibəsi "tezliklə” bitməyəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Bildirilir ki, İsrailin  BMT- əki səfiri Gilad Erdanın sözlərinə görə, bölgədə atəşkəsə nail olmağın yeganə yolu Qəzzada saxlanılan bütün israilli girovları evlərinə qaytarmaq və Fələstinin radikal HƏMAS hərəkatını məhv etməkdir .

Bir gün əvvəl İsrail mediası anonim İsrail rəsmilərinə istinadən bildirmişdi ki, İsrail Müdafiə Qüvvələrinə Xan Yunisdə (Qəzza zolağının cənubunda) əməliyyat keçirmək üçün ən azı üç-dörd həftə, sonra isə daha üç həftə vaxt lazımdır. 

"Bu, İsrail hakimiyyətinin bu münaqişə ilə bağlı uzunmüddətli planlarının olduğunu göstərir və bu, tezliklə bitməyəcək", - "Əl-Cəzirə" qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı çərçivəsində Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu və İsrail əməliyyatının "Dəmir Qılınclar” adlandırıldığını açıqlayıb.