Gündəm / Dünya

İsrail əsgərləri Qəzza parlamentini zəbt etdi

İsrail əsgərləri Qəzza parlamentini zəbt etdi

İsrail hərbçiləri Qəzza şəhərində parlamenti ələ keçirərək, kürsüdə qrup şəkili çəkdiriblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb .

Nəşr qeyd edir ki, fotoda yerüstü əməliyyat çərçivəsində anklavda fəaliyyət göstərən Qolani briqadasının əsgərləri əks olunub.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Fələstinin HƏMAS hərəkatının Qəzza zolağı ərazisinə nəzarəti itirdiyini bildirib .

Oktyabrın 7-də HƏMAS Əl-Əqsa daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb .