Gündəm / Hadisə / Dünya

Husilər ballistik raketlə daha bir gəmini vurdu

Husilər ballistik raketlə daha bir gəmini vurdu

Yəmənin husi silahlılarının vurduğu "Trafigura" adlı neft tankeri yanıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Yəmən sahilləri yaxınlığında vurulan gəminin yük çənlərindən birində yanğın baş verib və onu söndürmək üçün yanğınsöndürmə avadanlıqlarından istifadə edilib. 

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. 

Tankerin gəmi əleyhinə ballistik raketlə vurulduğu bildirilir.