"Kanal14.az" xəbər verir ki, Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəf alındığını bildirib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.

Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu ötən ay Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.