Dünya

Səudiyyə husilərin iki gəmisini vurdu

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri Yəməndə Husi qruplaşmasına aid 2 gəmini vurub.

Kanal14.az bildirir ki, bunu koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki deyib.

"Husi qruplaşmasına aid içərisində uzaqdan idarə edilən partlayıcı olan iki gəmi Salif limanı yaxınlığında məhv edilib. Gəmilər Qırmızı dənizin cənubu ilə Babülməndəb boğazı yaxınlığında terror əməliyyatlarında istifadə edilmək üçün hazırlanıb”, - sözçü bildirib.

Qeyd edək ki, husilər tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib.

(Aqreqrator.az)