Gündəm / Hadisə / Dünya

Almatı sakinlərinə evlərini tərk etmələri ilə bağlı MÜRACİƏT

Almatı sakinlərinə evlərini tərk etmələri ilə bağlı MÜRACİƏT

Almatı sakinlərinə evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. 

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, Almatı şəhər  Fövqəladə Hallar Departamentinin rəisi Nurlan Atıgayev vətəndaşlara müraciətində bildirib: 

"Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Qazaxıstan və Qırğızıstan sərhədində 6,7 bal gücündə zəlzələ baş verib. Almatı sakinləri 5 bal gücündə yeraltı təkanlar hiss ediblər, yerli fövqəladə hallar şöbəsi növbəti xəbərdarlığa qədər vətəndaşlardan daha uzağa getməyi xahiş edir. Bina və tikililərin dağılması, ölən və ya yaralananlar barədə məlumat daxil olmayıb. Hər kəsdən sakit olmağı və təhlükəsizlik baxımından növbəti xəbərdarlığa qədər çölə çıxmalarını xahiş edirik".