Gündəm

Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib

http://olke.az/uploads/1549403172/ertyhujkl.jpg
 
Azərbaycanın Ağsu rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb.

"Kanal14.az" bildirir ki, report AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb.

 

Daha əvvəl Ağsuda 4,4, İsmayıllıda isə 6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 3 nəfər xəsarət alıb.