Suriyanın şərqindəki Əl Ömər neft yatağında yerləşən Amerika bazasına raket zərbələri endirilib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, zərbə ABŞ-nin Əl Qaim əl-Bukamal sərhəd-keçid məntəqəsində yük maşınını hədəf alan təcavüzünə cavab olaraq həyata keçirilib.

Cavab birbaşa zərbələr üçün istifadə edilən 30 raketlə olub.