Gündəm

Metroda qatarların intervalında gecikmə olub — Sıxlıq yaranıb

http://olke.az/uploads/1551159423/metroqatar.jpg
Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.

Bu barədə "qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:

"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib”.