Gündəm / Hadisə / Dünya

İrandakı terror aktında şübhəli bilinənlər saxlanılıb

İrandakı terror aktında şübhəli bilinənlər saxlanılıb

İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub.

"Kanal14.az" xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Nazir hər iki terrorçunun intihar əməliyyatları həyata keçirdiyini və onların cəsədlərinin hissələrinin hadisə yerində tapıldığını bildirib.

Qeyd edək ki, yanvarın 3-də Kermanda Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə törədilən iki partlayış azı 89 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb.