Gündəm / Hadisə / Dünya

İstanbulda terror aktının təşkilində təqsirləndirilən şəxsləri 3000 ildən çox həbs cəzası gözləyir

İstanbulda terror aktının təşkilində təqsirləndirilən şəxsləri 3000 ildən çox həbs cəzası gözləyir

"Kanal14.az" "Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbulda terror aktının təşkilində ittiham olunanları 3000 ildən çox həbs cəzası gözləyir.

İstanbulun 13-cü Cəza Məhkəməsi terror aktını törədən Əhlam əl-Bəşir də daxil olmaqla 36 nəfərin təqsirləndirildiyi iş üzrə ilk məhkəmə iclaslarını mayın 9-10-11-nə təyin edib.

Bundan əvvəl Türkiyə polisi noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən terror aktında əli olmaqda şübhəli bilinərək daha 8 nəfəri saxlayıb.

Qeyd olunur ki, müttəhimlər terrorçulara yardım etməkdə və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Məlum olub ki, iki məhbus hücumu törədən Suriya vətəndaşı Əhlam əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə daxil olmağa kömək ediblər.

Noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində piyadalar üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib. Türkiyə Ədliyyə Nazirliyi bunun terror aktı olduğunu bəyan edib.

Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Kanal14.az
Jalə Asiman