Türkiyənin İstanbul şəhərində noyabrın 13-ü törədilən terror aktında iştirak etməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.

"Kanal14.az" haberler.com-a istinadən xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Ahlam Albashır də var.

Qeyd edək ki, Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb.