Gündəm / Hadisə

 7 aylıq hamilə arvadını öldürən şəxsə həbs cəzası verilməməsinin səbəbi - MƏHKƏMƏ

7 aylıq hamilə arvadını öldürən şəxsə həbs cəzası verilməməsinin səbəbi
Abşeronda 7 aylıq hamilə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkənəsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Anar Bəkirovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Anar Bəşirovun psixi problemləri olub.

Onun qətli törədən zaman anlaqlı vəziyyətdə olmadığı bildirilir. Hazırda xəstəxanada saxlanılan və məhkəmə prosesinə gətirilməyəm Anar Bəkirov barəsində məhkəmə belə qərar çıxarıb ki, o məcburi müalicəyə göndərilməlidir. Əgər Anar Bəkirovun məcburi müalicədən sonra səhhəti normallaşarsa, işə yenidən baxılacaq və onun barəsində törətdiyi əmələ görə hökm çıxarılacaq.

Bildirək ki, mərhumun ailə üzvləri qərardan narazı qalıblar.

Qeyd edək ki, ötən il aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Mərhum Leyla Bəkirova qətlə yetirilən zaman 7 aylıq hamilə imiş.