Sentyabrın 25-də Xankəndidə yanacaq anbarının partlaması nəticəsində 218 erməni ölüb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

"Partlayış nəticəsində 120 nəfər yaralanıb, 21 nəfər itkin düşmüş hesab olunur", - deyə qeyd olunub. 

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi-Əsgəran magistralına bitişik ərazidə yerləşən benzin anbarında güclü partlayış baş vermişdi.