Gündəm / Dünya

İsrail HƏMAS liderlərinin yerini deyənə 400 min dollar mükafat vəd etdi

İsrail HƏMAS liderlərinin yerini deyənə 400 min dollar mükafat vəd etdi

İsrail Fələstinin HƏMAS qruplaşmasının lideri və təşkilatın hərbi qanadının qurucularından birinin harada olduğu barədə məlumat verənə 400 min dollar mükafat təklif edib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə İsrailin "The Times of Israel” qəzeti məlumat dərc edib. 

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə İsrail ordusu adından vərəqələrin fotoları peyda olub: 

"Fotolarda telefon nömrəsi və "Telegram" əlaqəsi var.  Siz onların (HƏMAS liderləri - red.) hazırda harada yerləşdiyi barədə məxfi şəkildə məlumat verə bilərsiniz", - KİV qeyd edib.

Bundan əlavə, vərəqədə HƏMAS hərəkatın cənub briqadasına rəhbərlik edən Məhəmməd Sinvara üçün də mükafat təklif olunub. Onun məlumatı üçün ordu 300 min dollar vəd edib.Siyahıya həmçinin Xan Yunis şəhərindəki HƏMAS batalyonunun komandiri Rafa Salameh (200 min dollar) və hərəkatın hərbi qanadının digər lideri Məhəmməd əl-Deif (100 min dollar) da daxildir.