Gündəm / Hadisə / Dünya

İsrail Cenində xəstəxanaları mühasirəyə aldı

İsrail Cenində xəstəxanaları mühasirəyə aldı

İsrail qüvvələri müxtəlif istiqamətlərdən Fələstinin Cenin şəhərinə basqın edib. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra bir çox hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirilib. 

Qüvvələr Cenin dövlət xəstəxanasının təcili girişləri ilə əl-Razi və əl-Amal xəstəxanalarını mühasirəyə alıb. Basqın zamanı buldozerlər bölgənin infrastruktur sistemlərini və Fələstin mülklərini dağıdıb.

Şahidlərin sözlərinə görə, ordu qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurma yaranıb və partlayış səsləri eşidilib.