Gündəm / Hadisə / Dünya

Rusiyada qaraçılar orduya çağırıldı

Rusiyada qaraçılar orduya çağırıldı

Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətlərində polis əməkdaşları saxlanılan 35 qaraçıya çağırış vərəqəsi veriblər. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Neva şəhəri və 47-ci region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Reyd zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 50-dən çox qaraçını polisə təhvil verib. Onların hamısının barmaq izi götürülüb.

Yaşayış yeri üzrə qeydiyyat prosedurunu pozduqlarına görə 20-dən çox şəxs inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, saxlanılan 35 nəfərə hərbi qeydiyyata alınması üçün çağırış vərəqələri verilib. Onlardan bəziləri Ukraynadkı müharibəyə göndəriləcək