Filippin sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Taqo şəhərindən 44 km şərqdə, ocağı isə 31 km dərinlikdə qeydə alınıb. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş vermişdi. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib.