Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Sülh müqaviləsi niyə imzalanmır? - Paşinyan səbəbi AÇIQLADI

Sülh müqaviləsi niyə imzalanmır? - Paşinyan səbəbi AÇIQLADI

"Sülhün üç əsas prinsipi Azərbaycanla razılaşdırılıb".

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib. 

"Bəs ilin sonuna qədər və ya yaxın aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır? Sülhün üç əsas prinsipi, əslində, Azərbaycanla razılaşdırılıb və bu razılaşma Brüsseldə bizim danışıqlarımız zamanı baş tutub", - deyə Paşinyan qeyd edib. 

O, müqavilənin niyə imzalanmadığını açıqlayıb: "Ümumilikdə səbəb tərəflər arasında etimadın olmamasıdır. Yaxın gələcəkdə daha bir neçə əsas məsələyə aydınlıq gətirilməlidir ki, bunlardan biri "Sülh müqaviləsi"nin məzmununun mümkün yanlış təfsirlərinin aradan qaldırılması üçün mexanizmin formalaşdırılması, digəri isə təhlükəsizlik təminatlarının yaradılmasıdır".