Gündəm / Siyasət

"İl sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq" - Paşinyan


"İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq".

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayının 31-də Brüsseldə keçirilən üçtərəfli görüş barədə bəzi təfərrüatları bildirərkən deyib.

Erməni KİV-lərinin məlumatına görə, o, bu məlumatı Kommunist Partiyasınnı deputatları ilə qapalı görüş keçirərək qeyd edib.

Bundan əvvəl qeyd olunub ki, üçtərəfli görüşün növbəti mərhələsi cari ilin noyabr ayında keçiriləcək.